Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.

Dünən, 16:43           
Türkiyənin İstanbul şəhərində “Yeni qlobal güc balansı: Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar” mövzusunda konfrans baş tutub.
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi (ATEV) “Makro 2000” və “Mustafazadə” Qrupları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Birlik Topluluğunun birgə təşkilatçılığı ilə keçirilən konfransda türk dünyasının gələcəyi və Türk Dövlətləri Təşkilatının həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirilməsi planlaşdırılan layihələr müzakirə edilib.
Telejurnalist Turan Ədalətqızının aparıcılığı ilə başlayan konfransın iştirakçıları Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bütün şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ərsin Tatar, Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyattin Kasanov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu və ATEV sədri, millət vəkili Tənzilə Rüstəmxanlının təbrik mesajları səsləndirilib.
Turan Ədalətqızının aparıcılıq etdiyi konfransdaTürkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başqan vəkili Pərviz Məmmədzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Beynəlxalq Türk Dilində Danışan Ölkələrin Jurnalistləri Dərnəyinin sədri, araşdırmaçı-yazar Güngör Yavuzaslan, İstanbul Jurnalistlər Federasiyasının prezidenti Adil Koçalan, “Worldtürk” telekanalı sahibi Adem Ərdağı, “Ulusal Kanal”ın aparıcısı Yeşim Əryılmaz, doktorant Rəşid Mustafazadə, Turan Federasiyası İdarə Heyəti üzvü Hakan Seyidoğlu, gənc alim Anar Can Kıtay, Qazax Türkləri Mədəniyyət və Araşdırma Dərnəyinin Baş katibi Orhun Akdağ çıxış edərək türk dünyası birliyinin gücləndirilməsi, strateji ittifaqların genişləndirilməsi və birgə fəaliyyətin artırılması məsələləri barədə fikirlərini bölüşüblər.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.