"Oskar" mükafatının qalibləri bəlli oldular

Bu gün, 12:48           
"Oskar" mükafatının qalibləri bəlli oldular
Amerikalı rejissor Şon Beyker "Anora" filminə görə "Ən yaxşı film" nominasiyasında "Oskar" alıb.

Oxu.Az xəbər verir ki, mərasim ABC telekanalında yayımlanıb.

Bu kateqoriyada qalib olmaq üçün "Brutalist" filmi ilə Bredi Korbett, "Bob Dilan: Naməlum" filminə görə Ceyms Manqold, həmçinin "Emiliya Peres" filminə görə fransız rejissoru Jak Odiar və "Maddə" filmi ilə Korali Farja yarışıblar.
Mədison isə "Ən yaxşı aktrisa" kateqoriyasında mükafat qazanıb. Film, həmçinin "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı montaj" nominasiyalarında qalib gəlib.

Digər nominasiyalarda mükafatların bölgüsü:

- ən yaxşı kişi rolu - Edrien Brodi ("Brutalist");

- ən yaxşı qadın rolu - Zoi Saldana ("Emiliya Peres");

- ən yaxşı səs - "Dyuna: İkinci Hissə" (rej. Deni Villnöv);

- ən yaxşı vizual xüsusi effektlər - "Dyuna: İkinci Hissə";

- ən yaxşı tammetrajlı animasiya filmi - "Axın" (rej. Gints Zilbalodis, Latviya);

- ən yaxşı qısa animasiya filmi - "Sərv kölgəsində" (rej. Şirin Sohanı, Hossin Molaemi, İran);

- ən yaxşı beynəlxalq film - "Hələ də buradayam" (rej. Valter Salless, Braziliya);

- ən yaxşı operator işi - "Brutalist" (operator Deniel Blumberq);

- ən yaxşı kostyum dizaynı - "Şeytan: Qərb ifritəsinin nağılı" (rej. Con Çu);

- ən yaxşı uyğunlaşdırılmış ssenari - "Konklav" (rej. Edvard Berger, ssenarist Piter Stron);

- ən yaxşı makiyaj və saç düzümü - "Substansiya" (rej. Korali Farja);

- ən yaxşı bədii dizayner işi - "Şeytan: Qərb ifritəsinin nağılı";

- ən yaxşı musiqi - "Brutalist" (bəstəkar Deniel Blumberq);

- ən yaxşı orijinal mahnı - "El Mal" ("Emiliya Peres");

- ən yaxşı qısa sənədli film - "Orkestrdəki tək qız" (Molli O'Brayen və Liza Reminqton);

- ən yaxşı sənədli film - "Başqa torpaq yoxdur" (rej. Yuval Abraham, Bazil Adra, Fələstin-Norveç);

- ən yaxşı qısametrajlı film - "Mən robot deyiləm" (rej. Viktoriya Varmerdam, Niderland).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.