Böyük Britaniya Ukraynaya 5 000-dən çox LMM (Lightweight Multirole Missile) tipli raket-interseptor və onlara uyğun buraxılış qurğuları verir

3-03-2025, 16:34           
Böyük Britaniya Ukraynaya 5 000-dən çox LMM (Lightweight Multirole Missile) tipli raket-interseptor və onlara uyğun buraxılış qurğuları verir
Ukrayna müdafiə naziri türk əsilli Rustam Umarov paylaşıb bu postu..
Bu gün Böyük Britaniyada, Ukrayna Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində strateji razılaşmaya nail olduq – Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün genişmiqyaslı LMM-RapidRanger layihəsinə start veririk.
Bu təşəbbüs çərçivəsində 5 000-dən çox LMM (Lightweight Multirole Missile) tipli raket-interseptor və onlara uyğun buraxılış qurğuları əldə edəcəyik.
LMM – yüksək dəqiqlikli interseptor raketlərdir və Shahed dronlarını effektiv şəkildə məhv edir. Onlar artıq 2022-2024-cü illərdə döyüşlərdə öz effektivliyini sübut edib.
Bu müqavilə Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində tarixində ən böyük razılaşmalardan biridir. 1,6 milyard funt sterlinq dəyərində olan bu layihə 2030-cu ilə qədər Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə yönəlib və Böyük Britaniyanın UK Export Finance (UKEF) dövlət agentliyi tərəfindən zəmanət verilən kredit hesabına maliyyələşdirilir.
Layihəni Britaniyanın Thales şirkəti, Ukrayna müəssisələri və Böyük Britaniya hökuməti ilə birlikdə həyata keçiririk.
Silah tədarükündən əlavə, dövlətlərarası razılaşma istehsalın lokallaşdırılmasını və texnologiyaların transferini nəzərdə tutur ki, bu da hava hücumundan müdafiə sahəsində strateji müstəqilliyimizi daha da gücləndirəcək.
Ukraynanın azadlıq uğrunda mübarizəsində verdiyi dəstəyə görə Böyük Britaniya hökumətinə və bütün tərəfdaşlara təşəkkür edirəm!
Джавид Дамирли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru