Vətəndaşlar özlərinə kredit qadağası qoyacaqlar

Dünən, 16:24           
Vətəndaşlar özlərinə kredit qadağası qoyacaqlar
Rusiya hökuməti kredit fırıldaqçılığından qorunmaq üçün yenilik tətbiq edib.

Yeniliyə əsasən, istənilən şəxs dövlət xidmətləri portalı vasitəsilə özünün kredit və borc götürməsinə qadağa qoya bilər.

Xatırladaq ki, Rusiyada kredit fırıldaqçılığı geniş yayılıb. Vətəndaşların xəbəri olmadan onların adına kredit götürülməsi, notariuslarda borc müqaviləsi bağlanılması və sair hallar tez tez baş verir. İndi isə yeni xidmət vasitəsilə vətəndaşlar özlərinə qadağa qoya biləcəklər. Vətəndaşlar kredit qadağasını tamamilə və qismən tətbiq edə bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.