Türkiyədə daha bir fenomen cütlüyün mülkünə həbs qoyuldu – VİDEO

6-12-2023, 15:18           
Türkiyədə daha bir fenomen cütlüyün mülkünə həbs qoyuldu – VİDEO
Türkiyədə məşhurlaşan sosial şəbəkə ulduzu Neslim Güngen və həyat yoldaşı İnanç Güngenin də var-dövləti müsadirə edilib.

Bizim.Media xəbər verir ki, Küçükçekmece Prokurorluğu cütlük haqqında istintaq başladıb.

Başlanan istintaq çərçivəsində Güngen cütlüyünün mülklərinə tədbir olaraq həbs qoyulub. Belə ki, Türkiyədə qeyri-qanuni mərc oyunları üzərində işlədikləri iddia edilən fenomenlərlə bağlı araşdırmalar davam edir.

Məsələ ilə bağlı Neslim Güngen sosial şəbəkə hesabında ötən axşam paylaşdığı videoaçıqlamada “Mən adi bir insanam” sözləri ilə üzərinə atılan ittihamları qəbul etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polad polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.