PKK-dan xain hücum: 1 ölü, 2 yaralı

24-07-2016, 13:25           

Türkiyənin Tunceli vilayətinin Ovacık magistralının kənarında yerləşən polis məntəqəsinə PKK terrorçuları tərəfindən hücum təşkil edilib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si isə yaralanıb.

Məlumata görə, polis məntəqəsi raket və pulemyotlardan atəşə tutulub.

Terrorçuların yaxalanması istiqamətində bölgədə axtarışlara başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.