Ərdoğandan FETÖ-cularla bağlı qəti qərar

24-07-2016, 13:34           

Vəzifədən uzaqlaşdırılan FETÖ-cular bir daha məmur ola bilməyəcəklər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Meydanlara axışan bütün vətəndaşlara təşəkkürümü bildirirəm. 15 iyul gecəsi 246 vətən övladı şəhid oldu. Onlar həmin gecə tarix yazdılar. Şübhəsiz, qəlblərimizdə onların yeri daim qorunacaq. İndən belə hər il 15 iyulda şəhidlərin xatirəsini yad edəcəyik. Millətimiz 710 il əvvəl Söyüddə, 563 il əvvəl İstanbulda olduğu kimi, Anadolu torpaqlarında istiqlalı bərqərar etməyi bacardı”, - Ərdoğan bildirib.

Qeyd edək ki, uğursuz hərbi çevriliş cəhdinə görə saxlanılan şəxslərin sayı 13 mini ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru