ATATÜRKÇÜLƏR AYAQDA – İSTANBULDA BÖYÜK İZDİHAM

25-07-2016, 08:53           
ATATÜRKÇÜLƏR AYAQDA – İSTANBULDA BÖYÜK İZDİHAM
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının təşkil etdiyi “Cümhuriyyət və Demokratiya Mitinqi” baş tutub.
teref.az axar.az-a istinadən xəbər verir ki, mitinq İstanbul mərkəzi olan Taksim meydanında keçirilib. Ana müxalifətin keçirdiyi mitinqə yüz minlərlə insan axın edib. Mitinqdə “Çevrilişə qarşı çiyin-çiyinə”, “Mustafa Kamalın əsgərləriyik”, “Türkiyə dünyəvidir, dünyəvi qalacaq” şüarları səsləndirilib. Daha sonra Taksim Manifesti oxunub.
Mitinq iştirakçıları qarşısında çıxış edən CHP lideri Kamal Kılıçdaroğlu isə indiyə qədər bütün çevrilişlər zamanı ən ağır zərbənin həmişə CHP-yə dəydiyini bildirib:
“Hər çevrilişdən sonra bizim mal varlığımıza əl qoydular, arxivlərimizi məhv etdilər, baş katiblərimizi həbs etdilər. Biz qanla qazandığımız demokratiyanın qiymətini də, qiyamçıların da kim olduğunu çox yaxşı bilən partiyayıq. Hərbi çevrilişdən sonra əmrə tabe olan hərbçilərin linç edilməsini heç vaxt qəbul etməyəcəyik. Linç edənlər dərhal həbs edilməlidir. Hərbi xidmət keçən hər kəs bilir ki, komandirin verdiyi əmrə hər kəs tabe olur. Əmrə tabe olub deyə, siz əgər o əsgəri linç edirsinizsə, peyğəmbər ocağına xəyanət etmiş olursunuz. Hər əsgər bizim başımızın tacıdır”.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.