“MƏNƏ VERİLƏN ƏMRLƏRİ YERİNƏ YETİRDİM…” – Qadın pilot

25-07-2016, 10:12           

Vodafone Arena-ya və TRT-yə üsyançı əsgərləri endirən qadın pilotun kimliyi məlub olub.

“AzPolitika” Türkiyə mətbuatına istinadənə xəbər verir ki, Türkiyədə dövləti ələ keçirməyə cəhd edən üsyançılar arasında olan qadın pilotun kim olduğu məlum olub. Belə ki, verilən məlumata görə həmin pilot Kərimə Kumaşdır. Türkiyə mətbuatının verdiyi xəbərə görə, Kərimə Kumaş Türkiyənin Sabiha Gökcəndən sonra ikinci qadın pilotudur.

Həbs edilən Kərimə Kumaş verdiyi ifadəsində: “2008-ci ildə İzmirdə pilot təhsilini tamamladıqdan sonra helikopter pilotu olaraq Konyada vəzifəyə başladığını və 2012 Hava Hərb Məktəbinə təyin edildiyini, Hava Hərb Məktəbi Tələbə Alayı Komandiri polkovnik Hüseyn Ergəzən və 5-ci Donanma Komandiri polkovnik Yusuf Yenihəyatın təlimatları istiqamətində 15 iyul günü helikopterlə İstanbul səmalarında üç dəfə dövr etdiyini, Vodafone Arena-ya əsgər endirdiyini, Boğaz körpüsündə çətin vəziyyətdə olan üsyançı əsgərləri qurtardığını və burada helikopterin zədələndiyini” bildirib.
“MƏNƏ VERİLƏN ƏMRLƏRİ YERİNƏ YETİRDİM…” – Qadın pilot
Kərimə Kumaş daha sonra: “Hadisənin zərbə cəhdi olduğunu sonradan öyrəndim, yenə də mənə verilən əmrləri yerinə yetirdim” deyə ifadəsində bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.