Türkiyə prezidenti ilə Baş Qərargah rəisi arasında – Görüş keçirilib

25-07-2016, 10:22           
Türkiyə prezidenti ilə Baş Qərargah rəisi arasında – Görüş keçirilib
Dövlət başçısı ilə generalın hansı məsələləri müzakirə etmələri barədə hələlik açıqlama verilmir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Akar arasında görüş keçirilib.
“Report” “haber7.com”a istinadən xəbər verir ki, görüş 2 saat 30 dəqiqə davam edib.
Bu, iyulun 16-da baş vermiş dövlət çevrilişinə cəhddən sonra Rəcəb Tayyib Ərdoğanla Hulusi Akar arasında ilk görüşdür.
Türkiyənin dövlət başçısı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin hansı məsələləri müzakirə etmələri barədə hələlik hər hansı açıqlama verilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.