Türkiyə Səhiyyə Nazirliyinin 5 min əməkdaşı qovuldu

26-07-2016, 00:51           
Türkiyə Səhiyyə Nazirliyinin 5 min əməkdaşı qovuldu
Hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

APA-nın verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Rəcəb Akdaq bəyan edib.

“Hazırda mənim şəxsi iştirakım ilə nazirlikdə xüsusi komissiya işini davam etdirir. İndiyədək nazirliyin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb”, deyə R.Akdaq bildirib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru