“Gülən Mərkəzi Kəşfiyyat İdarəsi üçün çalışır, ABŞ onu təhvil verməyəcək” –Rusiya

26-07-2016, 09:22           

Türkiyədə dövlət çevrilişi cəhdi Rusiyanın dövlət televiziyası Rossiya 1-də efirə gedən "Voskresniy Veçer" proqramında müzakirə edilib.

Proqrama qatılan Rusiya parlamentinin komissiya sədri Vyaçeslav Nikonov, dövlət çevrilişi cəhdində ittiham edilən Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) üçün çalışdığını və ABŞ-ın onu Türkiyəyə ekstradisiya etməyəcəyini deyib: "Bu çevriliş cəhdində Amerika izi var. Gülənin MKİ üçün çalışdığını və işləməyə davam etdiyini hər kəs xeyli vaxtdır bilir. Güləni təhvil verməyəcəklər."

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Elmi İşçisi Ruslan Qurbanov isə Gülən şəbəkəsinin MKİ tərəfindən qurulduğunu bildirib: "Türkiyə xalqı qanuni prezidenti və suverenliyi üçün ayağa qalxdı. Gülən şəbəkəsini MKİ-nin özü qurub. Gülənin ABŞ-da yaşıl kart müraciətinin rədd edilməsi zamanını yada salın. Bu rədd qərarının düzəldilməsi üçün açılan davaya dəstək verənlər arasında MKİ-nin keçmiş əməkdaşları Corc Fidas və Qrehem Fuller, ABŞ-ın köhnə Ankara səfiri Marton Abramoviç kimi adlar vardı".

Gülənin ABŞ-ın köməyi ilə öz kadrlarını türk elitası və dövlət orqanlarına yerləşdirdiyini irəli sürən Qurbanov, Türkiyə xalqının qəhrəmanlığı sayəsində dövlət çevrilişi cəhdinin uğursuzluqla nəticələndiyini deyib. (Avropa.info)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.