Hərbi çevrilişin başladığı körpünün adı dəyişdirilir

26-07-2016, 10:30           

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi zamanı çox sayda insanın öldürüldüyü Boğaziçi körpüsünün adı dəyişdirilir.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, körpü “15 iyul Şəhidlər Körpüsü” adlandırılacaq. Bundan əlavə, qiyam zamanı şəhid olan şəxslər üçün abidə ucaldılacaq: “Bugünkü Nazirlər Kabinetinin toplantısında İstanbul və Ankarada şəhidlər abidəsinin ucaldılması qərarlaşdırılıb. “Darbeci”lərin ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adınının “15 iyul Şəhidlər Körpüsü” olaraq dəyişdirilməsinə də qərar verilib”.

Baş nazir hərbi çevrilişə cəhd edən hər kəsin qanun qarşısında cavab verəcəyini də qeyd edib: “Bu işə əl atanlar bir-birinin ardınca üzə çıxır. Hamısı bir-birinin adını verir. Nəticədə kim var, kim yox hər kəs qanun qarşısına çıxacaq, hesabını verəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.