Türkiyənin ədliyyə naziri: Gülən 5 ölkəyə qaça bilər

26-07-2016, 23:41           

"Fətullah Gülən 5 ölkəyə qaça bilər".
"Haberturk"xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Onun sözlərinə görə, Fətullah Gülənin Türkiyəyə gəlməmək üçün qaçmağa çalışdığı istiqamətdə kəşfiyyat məlumatları var: "Gülən Misir, Kanada, Meksika, Avstraliya və Cənubi Afrika Respublikasına qaça bilər. Bu məsələ ilə bağlı tədbirlər görürük, zəruri sənədləri hazırlayırıq və ABŞ-a təqdim edəcəyik".
Nazir deyib ki, Türkiyədə dövlət çevrilişi cəhdi Fətullah Gülənin rəhbəri olduğu terror təşkilatının üzvləri tərəfindən həyata keçirilib: "Ona görə də Gülənin ekstradisiyası üçün ABŞ-a zəruri cinayət materiallarını göndərmişik və bu müddət ərzində onun həbsdə saxlanılmasını tələb etmişik. ABŞ dövlət katibi Con Kerri bu məsələyə müsbət baxır. Onların bu mövqeyi də Güləni narahat edir. Bu səbəbdən Türkiyəyə ekstradisiya olunmaması üçün ABŞ-a çağırışlar edir. Mən də Gülənə mətbuat vasitəsilə çağırış edirəm. Gəl Türkiyəyə ədalətli şəkildə mühakimə edək. Biz sizinki kimi mühakimə etməyəcəyik".
Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru