Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi həbs olundu

27-07-2016, 01:26           
Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi həbs olundu
Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı Hasan Nevzat Taşdeler 15 iyul baş tutmamış hərbi çevriliş cəhdinə görə həbs edilənlərdən biridir.

İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.

General Taşdeler bir müddət 3-cü zirehli briqadanın komandiri olub. 2015-ci ildə korpus generalı rütbəsini alıb. Bakıdakı hərbi attaşesi vəzifəsini 2015-ci ilin avqustunda başa vurub. Bundan sonra Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin edilib.


Hasan Taşdələr “Ergenekon” əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır. Nüsret Taşdeler Egey ordusu komandanı və Quru Qüvvələrinin Tədris və Doktrin komandanlığının rəhbəri olub. Ömürlük həbs cəzası alıb, 2014-cü ilin mayında “Ergenekon” işinin qurama olmasının etiraf edilməsindən sonra həbsdən buraxılıb. (virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru