Yunanıstana qaçan qiyamçılardan yeni xəbər

27-07-2016, 01:35           

Türkiyədəki 15 iyul uğursuz hərbi çevriliş cəhdindən sonra Yunanıstana qaçan 8 qiyamçının sabah paytaxt Afinada ifadələri alınacaq.

Axar.az xəbər verir ki, xain hərbçilər Katehaki qəsəbəsinə gətirilərək müstəntiqlər tərəfindən dindiriləcək.

Məlumata görə, hər gün iki hərbçinin siyasi sığıncaq tələbi ilə bağlı ifadələr verəcəyi gözlənilir. Sığınacaq tələbinin rədd ediləcəyi təqdirdə FETÖ-cular şikayət etmək hüququna sahibdir.

Qeyd edək ki, sözügedən 8 qiyamçının Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru