Fətullah Gülənin daha bir qohumu saxlanıldı –"Bacı" ləqəbli qadın (FOTO)

28-07-2016, 17:00           
Fətullah Gülənin daha bir qohumu saxlanıldı –"Bacı" ləqəbli qadın (FOTO)
Türkiyədə Fətullah Gülənin daha bir yaxın qohumu saxlanılıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gülən camaatı" içərisində "bacı" kimi tanınan şəxs rəhbəri olduğu və tələbələrin qaldığı evləri tərk edərkən yaxalanıb. Onunla birlikdə daha bir qadın saxlanılıb. Onların adlarının baş hərfləri açıqlanıb. Bildirilib ki, saxlanılanlar S.G və E.D-dir.

Məlumatda onların hər bir tələbədən 350 TL aldıqları və üzərlərində də 10 mənzilin açarının tapıldığı bildirilib. Eyni zamanda, evlərdə 4-6 qız tələbənin qaldığı, hər mənzilə bir ad verildiyi, müəllimlərin adlarla kodlanan evlərə tələbələri istiqamətləndirdiyi müəyyən edilib.

Kocaeli Şəhər Polis İdarəsinə götürülən hər iki şəxs istintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru