MHP-də saxlanılanlar var – Dövlət çevrilişinə cəhdlə bağlı

28-07-2016, 23:13           
MHP-də saxlanılanlar var – Dövlət çevrilişinə cəhdlə bağlı
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı siyasi partiyalarda da həbslər başlayıb.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) Aksaray şəhər təşkilatının sabiq sədri, vəkil Ayhan Erel saxlanılıb. O, bu ilin aprelində MHP-nin qurultayının keçirilə bilməsi üçün Ankara 12-ci Sülh Hüquq Məhkəməsinin qərarı ilə yaradılan Qurultaya çağırış heyətinə sədrlik edib. Ancaq MHP İdarə Heyəti bu ilin fevral ayında Aksaray şəhər təşkilatını bağlayaraq A.Ereli vəzifəsindən uzaqlaşdırmışdı.
Məlumata görə, MHP Aksaray şəhər təşkilatının digər sabiq sədri vəkil Davut Menki, vəkil Cihat Satılmış və MHP sədrliyinə namizəd Meral Akşenerin sabiq mühafizəçisi Ali Bolakar da saxlanılıb.
Qeyd edək ki, Aksarayda uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 17 vəkil barəsində yaxalanma qərarı çıxarılıb və aralarında Aksaray Vəkillər bürosunun sədri Levent Bozkurtun da olduğu 13 nəfər saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.