Jandarma Qüvvələri komandanı Qalib Mehdi xaricində bütün ordu növlərinin komandanları vəzifəsində qalıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Ali Hərbi Şuranın yekun qərarını açıqlayarkən deyib.
“Qalib Mehdinin yerinə Baş Qərargahın rəisi müavini, ordu generalı Yaşar Gülər təyin edilib. Eyni zamanda, Ali Hərbi Şuranın iclasında Baş Qərargah rəisi Hulusi Akar, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Bülənt Bostanoğlu və Hərbi Hava Qüvvələri komandanı Abidin Ünalın vəzifələrində qalması barədə qərar verildi. 2-ci Qərargah rəisi isə Ümid Dündar təyin edildi”, - Qalın bildirib.