Ankarada daha 117 hərbçi həbs olunub

29-07-2016, 09:29           
Ankarada daha 117 hərbçi həbs olunub
Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdinin ardından Ankara Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan daha 117 hərbçi həbs olunub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, polisdəki proseslərin ardından Ankara Ədliyyəsinə gətirilən və prokurorluq tərəfindən dindirilmələri başa çatan, aralarında zabitlərin də olduğu 158 hərbçidən 157-si həbs olunmaları tələbilə Sülh Cəza Hakimliyinə aparılıb.

Bir hərbçi isə prokurorluq dindirilməsindən sonra sərbəst buraxılıb. Hərbçilərin 117-si məhkəmə zalında həbs olunub. Şübhəlilərdən 22 nəfəri nəzarət olunmaq şərti ilə azad edilib. Digər 18 hərbçinin məhkəmə prosesi sabah davam etdiriləcək. Həbs olunan hərbçilər arasında Prezident Qvardiya Alayından zabitlərin də olduğu qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.