TÜRKİYƏ ŞOKDA: çevrilişin 1 nömrəli təşkilatçısının adı açıqlandı

29-07-2016, 09:48           

Türkiyədə dövlət çevrilişinə cəhd edən “Yurtta Sulh Konseyi”nin bir nömrəli təşkilatçısının adı açıqlanıb.APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, çevrilişin təşkilatçıları generallar Mehmet Partigöç, Erhan Caha, Faruk Bal, kontr-admiral İlhan Karasu və mayor Mustafa Şaban Gümüşiğne olub. General Mehmet Partigöçün isə bir nömrəli təşkilatçı olduğu qeyd olunur.

FETÖ-nün dövlət çevrilişinə cəhdini araşdıran Ankara Cümhuriyyət Prokurorluğu alınan ifadələri və dəlilləri qiymətləndirərək, çevrilişin iki nömrəli şəxsinin həbs olunan general Mehmet Dişli, üç nömrəli təşkilatçının isə həbs olunan general Metin İyidil olduğunu müəyyənləşdirib.

Eyni zamanda çevrilişə cəhdə görə həbs olunan general Cevat Yazgılı azad olunub. Onun çevrilişçi pilot Aydemir Taşçıya atəş açdığı və çevrilişə qarşı mübarizə apardığı məlum olub.

Qeyd edək ki, general Akın Öztürkün “Mən çevrilişçilərə qarşı mübarizə apardım” şəklində ifadəsinin doğru olub-olmadığı araşdırılır. Onun hərbi çevrilişin bir nömrəli şəxsi olduğu bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru