Türkiyədə Atatürk heykəlinə hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO

29-02-2024, 16:54           
Türkiyədə Atatürk heykəlinə hörmətsizlik edən şəxs saxlanıldı - VİDEO
Türkiyədə Sakarya bölgəsinin Akyazı rayonunda Atatürk heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd olunur ki, rayonun Ömercikler səmtinin Necati Temel küçəsində naməlum şəxsin Atatürk heykəlini çəkiclə vurduğunu görənlər polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər.
Zədələnən heykələ baxış keçirilib.

Mənbə: birgun.net












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.