Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

10-03-2024, 19:28           
Türkiyədə yenə ZƏLZƏLƏ OLDU
Seysmoloqlar Türkiyənin Antalya vilayəti sahillərində zəlzələ qeydə alıblar.

Bu barədə Publika.az Türkiyə Fövqəladə Hallar İdarəsinə istinadən yazır.

Agentliyin məlumatına görə, yeraltı təkanların gücü 4,7 bal olub. Təbii fəlakətin mənbəyi dənizdə, 35 km dərinlikdə, episentri isə sahildən 10 km aralıda olub.

Zəlzələnin Demre şəhəri ərazisində baş verdiyi vurğulanır. Yeraltı təkanlar eyni zamanda bir neçə yaşayış məntəqəsinin sakinləri tərəfindən də hiss olunub.

Daha sonra Antalya əyalətinin rəhbəri zəlzələdən sonra bölgədə dağıntıların və itkilərin qeydə alınmadığını açıqlayıb.

Hazırda fövqəladə hallar xidməti ərazilərdə patrul xidmətini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru