Bosfor boğazında gəmilərin hərəkəti bərpa olunub

10-03-2024, 19:42           
Bosfor boğazında gəmilərin hərəkəti bərpa olunub
Bosfor boğazında hər iki istiqamətdə dayandırılan gəmilərin hərəkəti artıq bərpa edilib.

Bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin saytında məlumat yayılıb.

Qeyd edək ki, gəmilərin hərəkəti səhər saatlarında qatı duman səbəbindən dayandırılmışdı.

***

12:08

Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.

Hazırda növbədə 301 gəmi var.

Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.
Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru