Tarixin ən böyük meydan savaşı...

22-04-2024, 18:04           
Tarixin ən böyük meydan savaşı...
Bütün Asiyanı atının dırnaqlarına ayaqlatdıran Teymurun bütün yürüşlərinin tək hədəfi vardı-Böyük İpək Yoluna nəzarət etmək. Tarixin ən böyük meydan savaşı olan Ankara döyüşü də bu hədəfə çatmağa görə baş vermişdi. Teymurun digər hədəfi Osmanlı torpaqları yox Misir torpaqlarını tutmaq idi. Lakin Teymurun Misir planları Osmanlının siyasi qazancına uyğun deyildi. I Bəyazid özü Misiri ələ keçirməyi düşünürdü.
Osmanlını yenmək üçün Teymurun başqa bir nədəni də vardı. O, özünün şəxsi düşməni hesab etdiyi Qara Yusifi də Bəyaziddən tələb edirdi. Bundan başqa torpaqları əlindən alınmış Anadolu bəylərinin də torpaqları geri verilməli və Bəyazid oğlanlarından birini Teymurun yanına girov yollamalı idi. Şərtlər həddindən artıq ağır idi və Sultan təbii ki, Əmirə rədd cavabı verdi. Bu da 1402 ci ildə o zamanın iki ən böyük ordusunu Ankara çölündə üz-üzə gətirdi.
İldırım Bayazid Ankara çölünə yetişəndə Teymurun ordusu dağınıq halda idi. İldırım ləqəbinə uyğun hərəkət edərək 500 000 lik ordunu çox sürətlə hərəkət etdirmişdi. Teymur onu belə gözləmirdi. Üstəlik Teymur Bəyazidi cənub qərbdən gözləyərkən, Bəyazid şimaldan gəlmişdi. Çubuqlu obasında məskunlaşan Teymurun ordusu istirahətlə məşğuldu. Teymur çaşıb qalmışdı. O, Bəyazidin bu qədər sürətlə hərəkətini gözləmirdi.
Osmanlı sərkərdələri fürsəti dəyərləndirib dərhal hücuma keçmək istəsələr də, Bəyazid demək olar ki, tərksilah vəziyyətdə yaxaladığı Teymura hücum etmədi. Qürurlu Sultan " Hər şey adətlərə uyğun olacaq" deyərək ordugahınlı qurmuş və səhəri ova çıxmışdı.
Savaş 5 gün sonra baş verdi. 28 iyul 1402 ci ildə hardasa milyon yarım insandan ibarət iki ordu üz-üzə gəldi. Teymurun tərəfində torpaqları əlindən alınmış Anadolu bəyləri də döyüşürdü. Bəyazidin ordusunun xas birliklərindən olan qaratatarlar Bəyazidə xəyanət edərək Teymurun tərəfinə keçdilər. Bəyazid ətrafındakı 20 minlik qüvvə ilə Çataltəpədə savaşmaqda davam edir, qaranlıq düşəndə mühasirəni yarmağı düşünürdü. Amma Teymur Bəyazidin sağ ələ keçirilməsi üçün çağatay ordusunu Çataltəpəyə hərəkət etdirdi. Dayanmadan vuruşan Sultanın üzərinə böyük bir ağ parça atdılar və onu əsir götürdülər.
Ankara savaşı beləcə sona çatdı.
Tomris Xatun
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.