Türk alim, fizik, Bilkent universitetindən Fatih Ömer İlday “Alexander von Humboldt Professorship” adına layiq görüldü.

16-05-2024, 09:54           
Türk alim, fizik, Bilkent universitetindən Fatih Ömer İlday “Alexander von Humboldt Professorship” adına layiq görüldü.
Türk alim, fizik, Bilkent universitetindən Fatih Ömer İlday Almaniyanın 2024-cü il “Alexander von Humboldt Professorship” adına layiq görüldü.
Dünyanın prestijli elmi adlarından olan bu mükafat Almaniyanın ən yüksək maliyyə dəstəyi verən tədqiqat mükafatı olaraq bilinir. 5 milyon avro dəyərində maliyyə dəstəyi alacaq İlday, araşdırma mərkəzi qurmaq üçün Almaniyanın Bochum Ruhr universitetinə də dəvət olunub.
Boğaziçi (İstanbul), Cornell (Nyu York), MIT (Massaçusets) universitetlərindən keçib 10 ildən bəridir ki, Ankaradakı Bilkent universitetində çalışan 48 yaşlı alim son illərdə qeyri-xətti lazer-maddə qarşılıqlı əlaqəsi sahəsini dəyişdirən ultrasürətli lazer texnologiyası ilə məşğul olur.
Prof.İldayın çalışmaları lazer texnologiyasının inkişafında yeni mərhələnin başlanmasına səbəb olub.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru