Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb

17-05-2024, 09:58           
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
Özbəkistanda mülki aviaşirkətlərin sayı son 3-4 ildə 6 dəfə artıb.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyi yanında Mülki Aviasiya Agentliyinin direktor müavini Oleq Lim “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarında bildirib.

O, Özbəkistanda hava yollarının sayının artmasına münasibət bildirərkən sözügedən şirkətlərin sayının 15-ə çatdığını açıqlayıb.

“Onlardan altısı sərnişin daşıyıcısıdır, üçü yük daşıyıcıdır, qalanları aviasiya işi məsələləri ilə məşğuldur. Sözün əsl mənasında 3-4 il öncə bizdə cəmi bir daşıyıcı var idi – bu da “Uzbekistan Airways”, – Lim vurğulayıb.

Direktor müavini əlavə edib ki, hazırda ölkədə aviasiya insidentlərinin sayı minimuma endirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru