Məhəllədə piton ilanı həyəcanı, kamera tələlər quruldu

19-05-2024, 16:54           
Məhəllədə piton ilanı həyəcanı, kamera tələlər quruldu
Muğlanın Fethiye rayonunda 6 gün əvvəl bir bağda göründüyü və şəkili çəkildiyi iddia edilən piton ilanı qorxuya səbəb olub. Bütün cəhdlərə baxmayaraq tapıla bilməyən piton üçün məhəlləyə kamera tələləri qoyulub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, məhəllə sakinlərinə xəbərdarlıq edən muxtar Ənvər Kavak vəziyyəti ilk olaraq sosial media hesabında paylaşıb.

Postdan sonra ilan axşam saatlarında yenidən görünüb.

Məhəllədə böyük çaxnaşma yaşanıb. Piton ilanının binanın altındakı boşluğa girdiyi iddiasından sonra Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinin qrupları əraziyə yönəldilib.

Məhəllə muxtarı Enver Kavak ilanın sonuncu dəfə kirpi yeyərkən görüldüyünü söyləyib:
"Bu gün Təbiəti Mühafizə və Milli Parklar Müdirliyindən gəldilər. Foto tələlər qurdular. İnşallah ilan tapılar və bütün məhəllə ondan qurtular. İkinci gün məhəllənin yarısı onu gördü. Adamları görəndə qaçdı və bir daha görünmədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru