Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var

20-05-2024, 00:08           
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
Türkiyənin Bitlis şəhərində avtobusun dərəyə düşməsi nəticəsində yeddi nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” bildirib.

Məlumata görə, qəzada yaralanan yeddi nəfərdən biri sürücüdür. Ümumilikdə nəqliyyat vasitəsində 20 nəfər olub.

Yaralıların vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.