Türkiyə Futbol Federasiyasının yeni prezidenti kimdir?

19-07-2024, 12:34           
Türkiyə Futbol Federasiyasının yeni prezidenti kimdir?
Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.

Hurriyyet.az xəbər verir ki, sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.

Daha çox səs toplayan İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.