Polat cütlüyü maşınlarını geri almaq üçün hərəkətə keçib? - FOTO

23-08-2024, 07:13           
Polat cütlüyü maşınlarını geri almaq üçün hərəkətə keçib? - FOTO
Engin və Dilan Polat cütlüyünün vəkili Sevinç Horozun ailəyə məxsus lüks avtomobilləri almaq üçün müraciət edəcəyi iddia olunub.

Türkiyə mediası xəbər verir ki, söz-söhbətin yayılmasından sonra açıqlama verən Horoz onların belə bir təşəbbüsü olmadığını deyib. O, bildirib ki, ailənin prioriteti mal-mülk deyil.

Vəkilin instaqram üzərindən etdiyi açıqlama belədir:

"Biz pulların geri qaytarılması ilə bağlı heç bir sorğu və ya qiymətləndirmə etməmişik. Bizim prioritetimiz nə nəqliyyat vasitələri, nə də şirkətlər deyil".

Xatırladaq ki, Polat cütlüyü ötən il noyabrın əvvəlində polisin keçirdiyi əməliyyat əsasında saxlanılaraq həbs olunmuşdu. Dilan Polat bu həftə şərti azadlığa buraxılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru