Qohumunu öldürüb evini yandırdı

23-08-2024, 08:04           
Qohumunu öldürüb evini yandırdı
Qohumunu öldürüb evini yandırdıTrabzonun Eraklı mahalına bağlı Haçovit Yaylasında torpaq mübahisəsi zamanı Arif və Gülizar Altuntaşları və əmisi oğlu Kasım Altuntaşı bıçaqlayaraq öldürən və qaldıqları yayladakı evi yandıran 3 şübhəli ifadələrinin ardından ədliyyəyə sövq edilib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dünən səhər saatlarında Trabzon rayonu Haçovit Yaylasında Arif Altuntaşa məxsus birmərtəbəli evdə yanğın baş verib. Alov qısa müddətdə bütün evi bürüyüb, məlumat verildikdən sonra əraziyə yanğınsöndürmə və təcili tibbi yardım əməkdaşları sövq edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Lakin evdə olan cütlük Arif və Gülizar Altuntaş və əmisi oğlu Kasım Altuntaşın həyatlarını itirdikləri müəyyən edilib. Meyitlər prokurorluq tərəfindən aparılan araşdırmalardan sonra araşdırılma üçün tibbi ekspertizaya aparılıb. İstintaq zamanı evə yanan maddə tökərək yandırdıqları ehtimal edilən 3 nəfər tutularaq saxlanılıb.

Arif və Gülizar Altuntaş cütlüyü və əmisi oğlu Kasım Altuntaşın qohumları M.A ilə aralarında torpaq mübahisəsi olub. Davaya çevrilən mübahisədə M.A. Arifi bıçaqla öldürüb. Daha sonra M.A. dostlarının köməyi ilə evi yandırıb.

Qısa zamanda saxlanılan şübhəlilərin polis bölməsində ifadələri alındıqdan sonra məhkəməyə sövq ediliblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.