Məzuniyyətə gələn əsgəri küçədə öldürdülər

23-08-2024, 09:13           
Məzuniyyətə gələn əsgəri küçədə öldürdülər
Türkiyədə gənc oğlanı küçədə döyüblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Pamukkale qəsəbəsində baş verib. Məlumata görə, Hakkaridə hərbi xidmətdə olan əsgər Məhəmməd Yazır yaşadığı Denizliyə gəlib.

Burada gecə klublarının birinin çıxışında 5 nəfərlə aralarına münaqişə olub. Həmin şəxslər əvvəlcə onu döyüb, sonra bıçaqlayıblar.

Xəstəxanaya yerləşdirilən gənc orada ölüb.

Məlumata görə, əsgərlikdə xidmətdə olan Məhəmməd Yazır icazə alaraq, evlərinə məzuniyyətə gəlib.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. Onlardan 2-si ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Araşdırma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru