FETÖ-nun 18 ton qızılı

18-09-2016, 03:02           
FETÖ-nun 18 ton qızılı
FETÖ-nun kassası olaraq tanınan Türkiyənin Mərmərə bölgəsində yerləşən “Angel s Peninsula” otelinin ərazisində axtarış aparılır. Axar.az xəbər verir ki, otel ərazisində aparılan axtarışla bağlı bölgəyə giriş qadağan edilib.
Otelin sahilinə gəmilərin də yan almasına icazə verilməyib. Ankaradan göndərilən bir hərbi qrupun təhlükəsizliyi təmin etdiyi bildirilib. Qeyd edək ki, bu ilin iyul ayının əvvəlindən oteldə 18 ton qızıl saxlanıldığı barədə iddialar yayılıb. Türkiyə mühəndisləri də xüsusi bir cihazla torpağın altında metal tapıldığını təsbit ediblər.
Bölgə sakinləri təxminən 1 ay yarım ərzində oteldə qazıntı işlərinin aparıldığı barədə məlumat veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru