Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf

5-12-2024, 18:24           
Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
Alimlər koronavirusun beyinə necə keçdiyini müəyyən edə biliblər.

DHA-nın verdiyi məlumata görə, tədqiqat Almaniyanın "Helmholtz Munich" ağıllı biotexnologiyalar institutunun direktoru Ali Ertürkün rəhbərlik etdiyi komanda tərəfindən aparılıb.

Araşdırma zamanı COVID-19-un insan orqanizminə daxil olmaq üçün istifadə etdiyi "spike" zülallarının kəllə sümüyündəki "gizli keçidlərdə" toplandığı və bu keçidlərdən istifadə edərək beyin səthinə yerləşə bildiyi öyrənilib.

Bu kəşf Ertürkün "DISCO Transparency" texnikası ilə mümkün olub - bu üsulda orqan və toxumalar şəffaflaşdırılaraq rəqəmsal mühitdə xəritələndirilir.

Tədqiqat kəllə sümüyünün sadəcə beyinin qoruyucusu olmadığını, beyinin canlı bir hissəsi olduğunu göstərib. Türkiyəli alimin bu ixtirası COVID-19-un nevroloji təsirlərinə yeni baxış gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru