Ana öz körpəsinin qatili oldu

1-06-2015, 18:30           
Ana öz körpəsinin qatili oldu
Türkiyədə 33 yaşlı qadın 7 aylıq körpəsini boğaraq öldürüb. ANS PRESS-in məlumatına görə, Böyük Çəkməcə kəndində yaşayan Dərya Kestanlıoğlu körpəsini boğub öldürdükdən sonra heç nə olmamış kimi çörək yeməyə başlayıb. Daha sonra qadın 40 yaşlı əri Mustafaya zəng vuraraq, olanlar barədə məlumat verib.

Polis qadını yaxlayıb və məhkəməyə verib. Məhkəmədə ifadə verən Dərya Kestanlıoğlu oğlunu qiyamət elçisi olduğu üçün öldürdüyünü bildirib. Ana həmçinin bildirib ki, onun əsəblərində problem var. Dərya Kestanlıoğlunun ruh xəstəsi olduğunu həyat yoldaşı Mustafa Kestanlıoğlu da təsdiqləyib. Kişi arvadından şikayətçi olmadığını bildirib.

“Dərya Kestanlıoğlu çox yaxşı insandır. Ana kimi də çox yaxşı idi. 6 ay boyunca körpəyə yaxşı baxdı. Gecələr yatmadı, gündüzlər dincəlmədi. Heç vaxt körpəyə səsini yüksəltmədi. Uşağ öldürdüyü gün mən işdə idim. Mənə zəng vurdu və “oğlumuzu qurtardım” dedi. Ona uşağın səsinin niyə gəlmədiyini soruşduqda telefon əlaqəsini kəsdi. Dərhal evə getdim. Uşaq ölmüşdü”, - deyə Mustafa Kestanlıoğlu bildirib.

Qadın isə verdiyi ifadədə övladını gələcəyin iblisi olduğu üçün öldüdüyünü bildirib: “Çox sakit uşaq idi. Ona baxmaq çətin deyildi. Lakin hər dəfə ona qulluq edəndə gözümə qeyri-adi məxluqlar görünürdü. Qulağıma əcaib səslər gəlirdi. Əminəm ki, Kamal gələcəyin şeytanı idi. Onu qiyamətin elçisi olduğu üçün öldürdüm”.

Əsələrinə hakim ola bilməyən Dərya Kestanlıoğlu 7 aylıq körpəni su ilə dolu ləyəndə boğub. Məhkəmənin qərarı ilə Dərya Kestanlıoğlu ömürlük azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.