Britaniyalılara çağırış: Rusiyanın diversiyasından sağ qalmaq üçün lazımi əşyaları yığın

7-04-2025, 16:26           
Britaniyalılara çağırış: Rusiyanın diversiyasından sağ qalmaq üçün lazımi əşyaları yığın
Britaniyalılar hücum təhlükəsi və elektrik enerjisi ilə bağlı mümkün problemlər səbəbindən 72 saata sağ qalmaq üçün lazımi əşyalardan ibarət dəst hazırlamalıdırlar.

Bu barədə "Daily Mail" qəzeti təhlükəsizlik ekspertlərinə istinadla yazır.

Bildirilir ki, dəstə su, korlanmayan məhsullar, dərmanlar, batareya ilə işləyən radioqəbuledici, fənər, şəxsiyyəti təsdiqləyən sənədlər və İsveçrə hərbi bıçağı daxildir.

Nəşrin məlumatına görə, Rusiya ölkədə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi ilə bağlı diversiya əməliyyatları planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru