“Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası

Bu gün, 00:06           
“Putin ABŞ danışıqlarına məhəl qoymur” - Avropa Komissiyası
“Ukrayna ərazisinə gündəlik hücumları ilə Rusiya ABŞ ilə başladığı danışıqların effektliyində maraqlı olmadığını göstərir”.

Bunu aprelin 7-də Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının mətbuat katibi Anitta Hipper bildirib.

“Rusiyanın hər gün nümayiş etdirdiyi hərəkətlərdən, o cümlədən 9-u uşaq olmaqla azı 20 mülki şəxsin ölümünə səbəb olan son hücumlardan söhbət gedəndə, Rusiya danışıqlara tamamilə hörmətsizliyini göstərir. Rusiya hər gün onlara heç bir marağı olmadığını nümayiş etdirir”, - deyə Hipper vurğulayıb.

Onun sözlərinə görə, daimi və hərtərəfli sülh əldə etmək üçün atəşkəsi təmin etmək həqiqətən çox vacibdir: “Ancaq məsələ Putinə aid olanda və onun qanlı hücumlarını hər gün görəndə sadəlövh ola bilmərik”.

Avropa Komissiyasının sözçüsü bildirib ki, sülh danışıqlarının nəticəsi daha güclü Ukrayna olmalıdır, çünki Putin zəifliyə hörmət etmir. 

“Ona görə də biz Ukraynanı güclü mövqeyə qoymalıyıq. Məhz buna görə də bu münasibətdə biz müdafiə dəstəyimizi və bununla bağlı imkanlarımızı artırmaq öhdəliyi götürmüşük”, - deyə Anitta Hipper söyləyib.

Xatırladaq ki, bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Ukraynanın mülki əhalisinə zərbə endirməklə danışıqlar təkliflərini ələ salır.

Qərbin Ukraynadakı bir sıra səfirlikləri aprelin 6-da Krivoy Roqda həlak olan mülki şəxslərin, o cümlədən 9 uşağın xatirəsinə bayraqlarını endiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.