Füzuli rayonunda daha bir QAZİMİZ CANINA QIYDI - səbəbi araşdırılır
Bu gün, 16:10
Vətən müharibəsi qazisi intihar edib.
TEREF Oxu.az-a istinadən xəbər verir ki, Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini, 1992-ci il təvəllüdlü Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.
Hadisə aprelin 6-sı günorta saatlarında baş verib.
Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.
A.Hümbətovun iki azyaşlı övladının olduğu bildirilir.