Türklər Latın əlifbasından ərəb və fars əlifbasından qat-qat öncə istifadə ediblər

Bu gün, 08:14           
Türklər Latın əlifbasından ərəb və fars əlifbasından qat-qat öncə istifadə ediblər
Sosial mediada müzakirələr zamanı Azərbaycan və Osmanlı türklərinin fars və ərəbcə yazdığını iddia edənlər bununla göstərmək istəyirlər ki, guya türklərin əlifbası olmayıb. Lakin bu şəxslər unudurlar ki, tarixdə ən çox əlyazmaların qaldığı əlifbalardan biri də Latındır və türklər ərəblər və farslar bu regiona gəlməzdən qat-qat öncə bu əlifbadan istifadə ediblər.
Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində tam məxfi seyfdə qorunan və qeydiyyat nömrəsi 10680 olan V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlan qədim İncil saxlanılır ki, Azərbaycan türkcəsində Latın əlifbası ilə yazılıb. Onun cəmi 4 səhifəsinin surətini Gürcüstan vasitəsilə əldə etmişəm və hazırda tam hissənin əldə etməyə çalışıram. Erməni mərkəzində bu cürə yüzlərlə sənəd saxlanılır. İnanırıq ki, nə zamansa onlara çıxışı xalqımız əldə edəcək.
Keçək mövzuya, eramızdan öncəki 5-7 əsrlərə aid əlyazmalar var ki, hazırda Vatikan başda olmaqla digər arxivlərdə latın əlifbası ilə türkcə yazılar var. Hər kəs elə bilir ki, Azərbaycan və Türkiyə XX əsrin əvvələrində bu əlifbadan istifadə ediblər. Çox yanılırlar.
1611-ci ildə italyan yezuit keşişi Pietro Ferraquto "Grammatica turchesca" adlı türkcə qrammatika kitabı yazıb və o da təsdiq edir ki, türklər Latın əlifbasından istifadə ediblər. Bir il sonra, 1612-ci ildə başqa bir keşiş Megiser Leypsiqdə “Institutionum linguae turcicae libri quatuor” adlı türkcə qrammatika kitabı nəşr edib. Avropada nəşr olunan ilk ciddi və ətraflı türkcə qrammatika kitabıdır. Mesqnien Meninskinin “Thesaures Linguarum Orientalium Turcicae, Arabicae, Persicae Lexicon Turcico-Arabico-Persicum et Grammaticam Turcicam” (1680) adlı əsəri Avropada türkologiya tədqiqatlarına start verən ilk elmi əsərdir. Bütün bu əsərlər Türklərin Latın əlifbasından istifadə etdiyini təsdiq edir.
Bu barədə çoxsaylı faktlar var, lakin Sizlərə birini təqdim etmək istəyirəm.
Sizlərə təqdim etdiyim foto Florensiyalı siyasətçi və səyyahı Filippo Argentinin 1533-cü ildə “Regola del parlere turcho” (Türk dilində danışma qaydaları) adlı kitabından bir hissədir. Fikir verin Latın əlifbası ilə türk sözləri və onların izahı verilir. Sözlərə baxın, üslüba baxın. Görün bizim dilimiz necə qədim və zəngindir.
Ona görə bir mövzu barədə müzakirədə iddia sürən zaman tutarlı sənəd, fakt, əlyazma, kitab və sairə əlinin altında olmalıdır. Yoxsa biri çıxar və səni sənədlər içərisində boğar
Zaur Aliyev, dosent












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.