Türkiyə Aİ-yə Ukrayna üzrə danışıqların başlanmasının zəruriliyini bəyan edəcək

Bu gün, 09:38           
Türkiyə Aİ-yə Ukrayna üzrə danışıqların başlanmasının zəruriliyini bəyan edəcək
Nazir qeyd edib ki, Türkiyə Ukrayna ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 24-də Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşəcək və ona Rusiya ilə Ukrayna münaqişəsi üzrə danışıqlar prosesinin başlanmasının zəruriliyini söyləyəcək.
Bu barədə "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Türkiyənin xarici işlər naziri Ukrayna ilə Rusiya arasında münaqişənin diplomatik yolla ədalətli və möhkəm həlli üçün danışıqlar prosesinin intensivləşdirilməsinə Ankaranın dəstəyini bəyan edəcək", - mənbə bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 22-də "Bloomberg"in baş redaktoru Con Mikltueyt ilə söhbətində münaqişəyə son qoymaq üçün Rusiya lideri Vladimir Putinlə danışıqların aparılmasını istisna etməyib.
Zelenskinin fikrincə, Çin Prezidenti Si Cinpin Putini sülhə sövq edə bilər.
Türkiyənin xarici işlər naziri bu yaxınlarda Türkiyənin Ukrayna ilə bağlı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır olduğunu söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.