Türkiyədə qanunsuz mərc və qumar oyunlarına qarşı mübarizə: 233 min sayt bağlanıb

27-01-2025, 00:04           
Türkiyədə qanunsuz mərc və qumar oyunlarına qarşı mübarizə: 233 min sayt bağlanıb
Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı Milli Lotereya Administrasiyasının Baş İdarəsi, qanunsuz mərc və virtual qumar oyunları ilə mübarizə çərçivəsində ötən il 233 min internet saytının bağlanmasına nail olub.
Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, 2023-cü ildə 168 min 30, 2024-cü ildə isə 233 min qanunsuz internet resursu müəyyən olunaraq, onların bloklanması üçün İnformasiya Texnologiyaları və Rabitə Qurumuna (BTK) müraciət edilib.

Bu tədbirlər, qanunsuz fəaliyyətlərin qarşısını almaq məqsədilə atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru