AK Partiya sözçüsü: "Bəzi dövlətlər Suriyada baş verənlərə müdaxilə etmək istəyir"

28-01-2025, 08:44           
AK Partiya sözçüsü: "Bəzi dövlətlər Suriyada baş verənlərə müdaxilə etmək istəyir"
Türkiyə Qəzzada əldə olunan atəşkəsin davamlı olmasını arzu edir.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.

O, Qəzzanın fələstinlilərin torpağı olduğunu vurğulayaraq, ölkəsinin onlara dəstəyinin davam edəcəyini qeyd edib.

Çelik Suriyada baş verən prosesləri də şərh edib. O, bəzi dövlətlərin Suriyaya təzyiq göstərərək ölkədə baş verənlərə müdaxilə etmək istədiyini deyib. Onun sözlərinə görə, “bu yanlış bir addımdır və bu halda Suriya yenidən “peyk” dövlətinə çevrilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru