Hakan Fidandan xəbərdarlıq: “Bu, vətəndaş müharibəsi deməkdir”
28-01-2025, 10:59
Suriyadakı bütün silahlı qruplar vahid ordunun tərkibində birləşməlidirlər.
Bunu “Asharq News”a müsahibəsində Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, Suriyanın yeni hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri budur:
“Ölkədəki silahlı qruplar vahid ordunun damı altında toplanmalıdırlar, yalnız bir qanuni dövlət orqanına silah gəzdirmək və güc tətbiq etmək səlahiyyəti verilməlidir. Bütün müasir dövlətlərdə belə olmalıdır. Müxtəlif nüfuz dairələrinə bağlı birdən çox silahlı qrup və ya silahlı ünsürün olması vətəndaş müharibəsi üçün zəmin deməkdir, bu qəbuledilməzdir”.
Yeni dövrdə bu qrupların milli ordunun tərkibində birləşməsinin vacibliyini vurğulayan Hakan Fidan Türkiyənin bu yöndə konstruktiv təsir imkanlarından ən yüksək səviyyədə istifadə etdiyini bildirib.
Xarici işlər naziri ən çox say tərkibinə şimaldakı qrupların sahib olmasına diqqət çəkib:
“Türkiyəyə yaxın qruplar (SDQ/YPG terror təşkilatı) var ki, onların 80 mindən çox silahlı ünsürü var. Onlara birmənalı şəkildə bildirmişik ki, gedin milli orduya qatılın, milli ordunun tərkibində olun və ölkədə hər hansısa nizamsızlığın yaranmasına imkan verməyin. Ümid edirəm ki, eyni şey cənubdakı – Süveyda və Dəradakı qruplarla bağlı da baş verir”./teleqraf.com