Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı

29-01-2025, 09:06           
Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla 24 vilayətdə həyata keçirilib.

Saxlanılan şəxslər İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, terror təşkilatının maliyyələşdirilməsində və sosial şəbəkələrdə terrorun təbliğində ittiham olunurlar. Əməliyyat zamanı çox sayda sənəd və rəqəmsal materiallar müsadirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru