İsa Kəlantəri: Urmiyə gölündə suyun səviyyəsi son illərdə ən aşağı həddə çatıb
Dünən, 16:18
Həsən Ruhaninin prezidentliyi dövründə Urmiyə Gölünü Canlandırma Mərkəzinin sədri olmuş İsa Kəlantəri "Khabaronline" xəbər saytına verdiyi müsahibədə Urmiyə gölünün vəziyyəti və İbrahim Rəisi və Məsud Pezeşkian hökumətlərinin bu məsələyə yanaşması barədə danışıb.
O, Urmiyə gölünün hazırkı vəziyyəti və onunla bağlı məlumatların açıqlanmaması barədə suala cavab verərək bildirib ki, göldə suyun səviyyəsi son illərdə ən aşağı həddə çatıb. O, açıq şəkildə bildirib ki, İbrahim Rəisi hökuməti dövründə "gölün bərpası üçün heç bir iş görülmədiyi" üçün ictimaiyyətə aylıq hesabatların yayılmasına icazə verilməyib.
Bu gedişat davam edir və Pezeşkian hökumətinin hakimiyyətdə olduğu altı ay ərzində gölün vəziyyəti ilə bağlı hələ də müntəzəm məlumat açıqlanmayıb.
İsa Kəlantərinin sözlərinə görə, Ruhani hökuməti işə başlayanda göldə cəmi 700 milyon kubmetr su var idi və bu hökumətin vəzifə müddətinin sonunda, yəni 2021-ci ilin sentyabrında bu rəqəm 3.9 milyard kubmetrə çatmışdı. Onun sözlərinə görə, Ruhani hökumətinin sonundan bu günə qədər gölün su həcmi 3.9 milyard kubmetrdən 1 milyard kubmetrə düşüb.
Keçmiş rəsmiyə görə, əvvəlki siyasət davam etsəydi, bu gün Urmiyə gölündə ən azı 5.5 milyard kubmetr su olmalı idi. Halbuki hazırda bu rəqəm cəmi 1 milyard kubmetrə qədər enib. İsa Kəlantəri bildirir ki, onun məsuliyyət dövründə Zab tunelindən su gətirilmədən, yalnız kənd təsərrüfatında su istifadəsinin idarə olunması və bəndlərdən gölə ayrılan suyun təmin edilməsi ilə suyun həcmi 3.9 milyard kubmetrə çatmışdı. Lakin indi illik 600 milyon kubmetr su Zab kanalı vasitəsilə ötürülsə də, göldə suyun səviyyəsi azalmaqda davam edir. O, hesab edir ki, "Zab kanalından gətirilən su satılıb və faktiki olaraq gölə daxil olmasına icazə verilmir."
İsa Kəlantəri həmçinin Qərbi Azərbaycan vilayətinin valisi Rza Rəhmaninin Urmiyə Gölünü Xilasetmə Üzrə Milli İşçi Qrupunun katibi təyin olunmasını tənqid edərək bildirib ki, Rəhmani vəzifəyə gəlməmişdən əvvəl Zab kanalından gölə ötürülməli olan 400 min kubmetr su Mahabad şəkər zavoduna satılıb.
Onun sözlərinə görə, ümumiyyətlə vali yerli icraedici şəxs kimi daha çox vilayətin iqtisadi problemlərini kənd təsərrüfatını genişləndirməklə həll etməyə çalışır. Halbuki Urmiyə gölünün bərpası əkin sahələrinin azaldılması və su israfının qarşısının alınmasını tələb edir. O, vurğulayıb ki, Rəisi hökumətinin bu böhranı uğursuz idarəetmə təcrübəsi təkrarlanır və Pezeşkian hökuməti də bu təcrübədən dərs çıxarmayıb.
Hələlik bu dəyişikliyin gölün dirçəlmə prosesini sürətləndirəcəyi, yoxsa ləngidəcəyi məlum deyil. Lakin İsa Kəlantəri bu addımın hökumətin məsələ ilə bağlı diqqətinin azalması mənasına gəldiyini hesab edir.
O hesab edir ki, vali hüquqi statusuna görə vilayətdə işsizliyi kənd təsərrüfatını genişləndirməklə həll etməyə məcbur qalır. Halbuki gölü bərpa etmək üçün kənd təsərrüfatı dayandırılmalı, əkin sahələri azaldılmalı və göl hövzəsində suya tələbatı yüksək olan bitkilərin əkilməsinin qarşısı alınmalıdır. Onun fikrincə, vali gölün bərpası üçün yaradılmış qurumun rəhbəri kimi bu tədbirləri həyata keçirə bilmir.
Kəlantərinin sözlərinə görə, Pezeşkian hökuməti altı aylıq fəaliyyəti dövründə bu sahədə heç bir təsirli tədbir görməyib və bu yanaşma davam edərsə, gölün bütün su ehtiyatları kənd təsərrüfatında istifadə olunacaq. O, sonda vurğulayıb ki, əgər bu siyasət davam edərsə, "Urmiyə gölünün fatihəsi oxunmalıdır, çünki hökumət gölə ayrılan bütün su ehtiyatlarını Qərbi Azərbaycan vilayətində kənd təsərrüfatına yönəldəcək."
Qərbi Azərbaycan Regional Su Şirkətinin son hesabatına əsasən, hazırda Urmiyə gölünün su səviyyəsi 1270.13 metrə, həcmi isə 1.24 milyard kubmetrədir. İran mediası kiçik dəyişiklikləri Urmiyə gölünün vəziyyətinin yaxşılaşdırılması kimi təqdim etsə də, mütəxəssislər bildirir ki, gölün sabit vəziyyətə çatması üçün suyun həcmi ən azı 14 milyard kubmetrə çatmalıdır.
Ruhani hökuməti dövründə yaradılan Urmiyə Gölünü Canlandırma Mərkəzi birbaşa Həsən Ruhaninin birinci müavininin nəzarətində olan bir qurum idi. Lakin Urmiyə Gölünü Xilasetmə Üzrə Milli İşçi Qrupu, İbrahim Rəisi hökuməti dövründə yaradılmış regional bir qurumdur və birbaşa vilayət valisinin nəzarəti altındadır.