Türkiyədə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

31-01-2025, 09:52           
Türkiyədə 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək
Türkiyə hakimiyyəti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunlar qəbul etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk" telekanalının efirində deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar üçün faydalı heç nə yoxdur.

"Bu yaxınlarda Türkiyədə baş verən bəzi hadisələr bunu təsdiqləyir. Allah qoysa, biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik", - nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru