Türkiyədə mumiyanı satmaq istəyən şübhəlilərdən İLK ETİRAF

Dünən, 15:26           
Türkiyədə mumiyanı satmaq istəyən şübhəlilərdən İLK ETİRAF
Türkiyədə demək olar ki, bütöv qalan mumiyanı tapan şəxslər onu bir il evdə saxladıqdan sonra 1 milyon dollara satmağa cəhd ediblər.

"Sabah"ın verdiyi məlumata görə, bu barədə saxlanılan şəxslərin verdikləri ifadələrindən aydın olub.

Məlum olub ki, xəzinə həvəskarı Ruhi dostları Mehmet və İsmayılla birlikdə bir il əvvəl qəsəbənin Kalay gölü ərazisindəki tarlada ayaqları 1,5-2 metr dərinlikdə görünən mumiya tapırlar. Onu qazıb çıxardıqdan sonra əvvəlcə evdə, sonra isə evin həyətyanı sahəsindəki fosseptik çuxurda gizlədiblər. Dostlar Sonra Hakandan mumiyanı bir neçə günlüyə evində saxlamasını istəyiblər. O da razılaşıb və mumiyanı babasına məxsus evə aparıb.

Şübhəlilərdən Hacı Oğuzun dediyinə görə, mumiyanın alıcısı tapılıb və onlar ilkin olaraq 1 milyon dollar tələb ediblər. Ancaq bu işə cəlb olunan şəxs əslində özünü tarixi əsərləri araşdıran professor kimi təqdim edən jandarma əməkdaşı olub.

İsmail Erin isə ifadəsində bu işə kredit borclarına və autizmli övladına görə girdiyini bildirib.

Şübhəlilər saxlanılıb, sirli mumiyanın aqibəti isə hələ də maraq doğurur.

Qeyd edək ki, Niğdə rayonunun Bor bölgəsində orta əsrlərə aid mumiyanı satmaq istəyən altı nəfər - tələbə Kaan Akdoğan, bərbər Ruhi Gökmen, satıcı Mehmet Azak, qalereya sahibi Hakan Gök, avtoelektrik Hacı Oğuz, fermer Şahin Karataş və bərbər İsmail Erin saxlanılıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.