İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şəhər bələdiyyəsi (İBB) sədrinin məsləhətçisi və İBB Medianın idarə heyətinin sədri Murat Onqunun əmlakına məhkəmə qərarı ilə həbs qoyulub.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qərar prokurorluğun tələbi ilə növbətçi cinayət məhkəməsi tərəfindən qəbul edilib. Qərar Maliyyə Cinayətlərini Araşdırma Qurumunun (MASAK) hesabatları əsasında verilib.