İstanbul prokurorluğu boykot çağırışı edənlərə qarşı təhqiqata başlayıb

2-04-2025, 10:57           
İstanbul prokurorluğu boykot çağırışı edənlərə qarşı təhqiqata başlayıb
Türkiyədə sosial şəbəkələr vasitəsilə boykot çağırışı edənlər və yayanlar haqqında təhqiqat başlayıb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda deyilir.

Bildirilir ki, bu cür çağırışı edənlərə və onu yayanlara münasibətdə Cinayət Məcəlləsinin nifrət və ayrıseçkilik, habelə xalqı kin və düşmənçiliyə təhrik etmə maddələri üzrə təhqiqat başlayıb:

"Bir müddətdir KİV və sosial şəbəkə vasitəsilə xalqın bir qisminin iqtisadi fəaliyyətlə məşğul olmasını əngəlləməyə yönəlik ritorikaya və onu yayanlara yönəlik təhqiqat başlayıb".

Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi əhalini iqtidarla bağlı və ya ona yaxın bəzi şirkət və KİV-i boykot etməyə çağırmışdı. Çağırış İstanbulun korrupsiyada ittiham edilən meri Ekrem İmamoğlunun həbsi ilə bağlı edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru